Industry Portal of Azerbaijan

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Araz İsmayılov Assosiasiyanın yaradılmasının taxılçılığın inkişafında, istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsində, yeni texnologiyaların tətbiqinin genişləndirilməsində böyük rolu olacağını qeyd edərək, Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılan Assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov aqrar sektorda sahibkarlığın inkişafı istiqamətində Konfederasiya tərəfindən görülən işlər barədə məlumat verib, yeni yaradılan Assosiasiya ilə yaxından əməkdaşlıq həyata keçiriəcəyini bildirib.

Tədbirdə taxılçılıq sahəsində fəaliyyət göstərən iş adamları çıxış edərək, “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.

Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. "Karat Holding" MMC-nin rəhbəri Taleh Qasımov “Azərbaycan Taxıl İstehsalçıları və Emaçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.

Sonda Assosiasiyanın gələcək fəaliyyəti və taxılçılığın inkişafı ilə bağlı sahibkarlarla müzakirələr aparılıb.