Industry Portal of Azerbaijan

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Oğuz rayonunda işgüzar forum keçirmişdir.
İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Oğuz rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- İri fermer, cins heyvandarlıq, tütünçülük, üzümçülük, bağçılıq, arıçılıq təsərrüfatlarının yaradılması;
-Meyvəqurutma və pendir istehsalı müəssisələrinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az