Azərbaycanın Sənaye Portalı

Sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının sərbəst bazara çıxışının dəstəklənməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "elektron ticarət"lə bağlı veb portalı yaradılmışdır.

Portal Azərbaycanın ilk elektron ticarət portalı olaraq "B2B" (business to business) modeli əsasında qurulmuşdur. Məqsəd yerli biznes nümayəndələri, onların istehsal etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə informasiyaların potensial alıcılara çatdırmaq yolu ilə biznes əlaqələrin qurulmasını dəstəkləməkdən, bazarlara sərbəst çıxışı təmin etməkdən ibarətdir.

Portal, sahibkarlıq subyektlərinə biznes əlaqələrdə etibarlı vasitəçi, dünya biznesinə asan çıxış imkanının yaradılması missiyasını yerinə yetirir. Portaldan istifadə edilməsi iş adamlarına istehsal etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə məlumatların potensial alıcılara çatdırılması, biznes əlaqələrinin genişləndirilməsi və bazarlara sərbəst çıxış imkanlarını yaradır, bu məhsul və xidmətlərə alıcıların olan tələbatı barədə informasiyanı formalaşdırır. Müasir elektron informasiya mübadiləsi texnologiyaları əsasında qurulmuş "elektron ticarət" portalı sahibkarlara istehsal etdikləri məhsullar/göstərdikləri xidmətlər barədə məlumatları maraqlı tərəflərə təqdim etməyə və məhsul/xidmət alıcılarının tələbatları barədə informasiyanı əldə etməyə imkan verir. "Elektron ticarət" (E-trade) portalı, eyni zamanda istifadəçilərə satışla bağlı məlumat dəstəyi də göstərir.

"Elektron ticarət" (E-trade) portalı və portalda təklif edilən məhsullar/göstərdikləri xidmətlər barədə daha geniş məlumatları www.b2b.az internet səhifəsindən əldə edə bilərsiniz.