Azərbaycanın Sənaye Portalı

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixli 331 nömrəli Sərəncamı ilə təsdiqlənmiş  “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 28-ci maddəsinə əsasən “Sənaye sahəsində ixtisaslı kadr potensialı barədə” internet məlumat bazası yaradılmışdır (www.cvbank.az).

Bu bazanın yaradılmasında əsas məqsəd sənaye müəssisələri tərəfindən ixtisaslı kadrların işə cəlb olunma işini asanlaşdırmaq, xaricdə və eləcədə yerli təhsil müəssisələrində təhsil almış istedadlı gənclərin karyera imkanlarını genişləndirmək və onların sənaye müəssisələri ilə əlaqələrinin formalaşmasına kömək etməkdir.