Azərbaycanın Sənaye Portalı

Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində sahibkarların təşəbbüskarlığı və hüquqi biliklərinin artırılmasına, yeni iqtisadi şəraitdə müasir təcrübənin mənimsənilməsi və artırılmasına istiqamətlənmiş kompleks tədbirlərin reallaşdırılması da sahibkarlıq sektorunun inkişafının mühüm istiqamətlərindəndir. Bununla əlaqədar, sahibkarların təcrübə keçmə, ixtisasartırma tələblərinin ödənilməsi və yenidən hazırlanması, onların maarifləndirilməsi, hüquqi və iqtisadi biliklərinin artırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirilməsi məqsədilə 01 avqust 2007-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində Bakı Biznes Tədris Mərkəzi (BBTM) yaradılmışdır.

Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və regionlarda genişləndirilməsi məqsədi ilə 7 rayonda (Gəncə, Qazax, Yevlax, Göyçay, Lənkəran, Şəki, Xaçmaz) mərkəzin nümayəndəlikləri yaradılmışdır. Sahibkarlığın biznes mərkəzlərinin yaradılmasında məqsəd ölkədə sahibkarlığın inkişafının informasiya, təlim və konsaltinq mərkəzləri sisteminin formalaşdırılması vasitəsilə sahibkarların bu sahələrdə tələbatlarının dolğun ödənilməsi, xüsusilə regionlarda işgüzar aktivliyin artırılmasından ibarətdir. Beynəlxalq standartlara cavab verən səviyyədə vəzifələrin yerinə yetirilməsini təşkil etmək, yaradılmış nümayəndəliklərin fəaliyyətini gücləndirmək, işgüzar adamların öz biznesinə başlaması, müəssisələrin səmərəli idarə olunması istiqamətində zəruri biliklərin verilməsini təmin etmək məqsədi ilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən sistemli tədbirlər həyata keçirilməkdədir.

Bununla yanaşı, Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında Memorandum imzalanmışdır. Memorandum çərçivəsində "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı"nın icrası İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinə və Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin "GİZ" təşkilatına həvalə edilmişdir. Sənədə əsasən, Azərbaycanın özəl sektorunda biznesin idarə olunması sahəsində fəaliyyət göstərən kadrların Almaniyada tədris və təcrübə keçməsinə, onların beynəlxalq təcrübə toplamasına, alman şirkətləri ilə birbaşa əlaqələrin qurulmasına, peşəkar və mədəni dünyagörüşlərinin artırılmasına şərait yaratmaqdır.

Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakı strateji məqsədlərdə formalaşdırılmışdır:

Bakı Biznes Tədris Mərkəzinin fəaliyyəti haqqında daha ətraflı məlumatı Mərkəzin www.bbtc.gov.az internet səhifəsindən əldə edə bilərsiniz.