Azərbaycanın Sənaye Portalı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi inkişaf siyasətinin başlıca istiqamətlərindən biri özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nəzdində yaradılmış Sahibkarlığa Kömək Milli Fondu eyni zamanda sənaye sahəsindəki biznes layihələrinin maliyələşməsinə də xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 oktyabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları" daha da təkmilləşdirilmişdir. Belə ki, "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 oktyabr tarixli Fərmanı ilə sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən verilə biləcəyi kiçik həcmli kreditlərin həddi 50 min manata, orta həcmli kreditlərin həddi 500 min manata, böyük həcmli kreditlərin həddi isə 10 milyon manatadək artırılmışdır. Həmin Fərmanla kiçik, orta və böyük həcmli kreditlərin müddətləri müvafiq olaraq 3 (üç), 5 (beş) və 10 (on) il, kreditlərdən istifadə üzrə güzəşt müddəti, kreditin istifadə müddətinin ilk 1/2 dövrünün əhatə ediləcəyi müəyyən edilmişdir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi kredit məbləğinin 6 (altı) faizindən, kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə isə kredit məbləğinin 4(dörd) faizindən artıq olmamalıdır.

Sahibkarlığa Kömək Milli Fondunun əsas vəzifələri aşağıdakılardan ibarətdir:

 

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti haqqında daha ətraflı məlumatı Fondun www.anfes.gov.az internet səhifəsindən əldə edə bilərsiniz.