Azərbaycanın Sənaye Portalı

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli Sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılmışdır.

Hazırda şirkət fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. Belə ki, sement istehsalının genişləndirilməsi, gəmiqayırma şirkətinin yaradılması, qida məhsullarının emalı, logistika və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı konkret addımlar atılmaqdadır.

Azərbaycan İnvestisiya Şirkətinin birgə əməkdaşlığı ilə aşağıdakılar reallaşdırılır:

Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı şirkətin www.aic.az internet səhifəsindən əldə edə bilərsiniz.