Azərbaycanın Sənaye Portalı

Rekvizitlər:

Nizami Küç. 203-B, AF Business House, 3-cü mərtəbə,
Bakı, Azərbaycan
Telefon: +994 12 493 1400 
Faks: +994 12 493 4100 
Veb: www.hightech.az
Email: info@hightech.az

Yaradılması:

Yüksək Texnologiyalar Parkı “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanı ilə yaradılmışdır.

İdarəedici təşkilat:

Yüksək Texnologiyalar Parkının idarəedici təşkilatı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Yüksək Texnologiyalar Parkı- YT Park” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Ərazi:

Yüksək Texnologiyalar Parkının ərazisi Bakı şəhəri, Pirallahı rayonunda 50 hektar təşkil edir.

Rəhbərlik:

“Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Seymur Ağayev, direktor müavinləri isə Cəlal Rəhimov və Cabbar Musayevdir.

İnfrastruktur:

Bütün infrastrukturdan istifadə imkanı "qoşul və istifadə et" (plug-and-play concept) prinsipi ilə qurulmuşdur.