Azərbaycanın Sənaye Portalı

Rekvizitlər :

Qaradağ rayonu, Salyan şosesi 25-ci km., AZ1083, Bakı, Azərbaycan.


Tel.: (+994 12) 488 80 65
Faks: (+994 12) 488 80 64
E-mail: office@scip.az
 

Yaradılması:

Qaradağ Sənaye Parkı “Qaradağ Sənaye Parkının” yaradılması haqqında” Prezident İlham Əliyevin 3 iyul 2015-ci il tarixli 1255 nömrəli Sərəncamı ilə yaradılmışdır.

İdarəedici təşkilat:

Qaradağ Sənaye Parkının idarəedici təşkilatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ərazi:

Qaradağ Sənaye Parkının ərazisi 72 hektar təşkil edir.

Rezidentlər :

Qaradağ Sənaye Parkının hazırda 1 rezidenti var:

 “Bakı Gəmiqayırma Zavodu” MMC

Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC 2010-cu il dekabrın 10-da SOCAR, Azərbaycan İnvestisiya Şirkəti və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti tərəfindən yaradılıb. 26 avqust 2015-ci il tarixində Qaradağ Sənaye Parkının rezidenti statusu verilmişdir. 

Zavod ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və ofşor mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərəcək. 72 hektar əraziyə malik və 2 minə yaxın işçinin çalışacağı Zavodun istehsal gücü ildə 25 min ton metal konstruksiyadır. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq.