Azərbaycanın Sənaye Portalı

Rekvizitlər:

Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsi 

Tel.: (+994 12) 488 80 65
Faks: (+994 12) 488 80 64
E-mail: office@scip.az
 

Yaradılması:

Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli Sərəncamı ilə yaradılmışdır.

İdarəedici təşkilat:

Pirallahı Sənaye Parkının idarəedici təşkilatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən  “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ərazi:

 Pirallahı Sənaye Parkının ərazisi 30 hektar təşkil edir.

Rəhbərlik:

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir.

İnfrastruktur:

Yaradılması nəzərdə tutulan Pirallahı Sənaye Parkının ərazisi yararlı vəziyyətə gətiriləcək, xarici və daxili infrastruktur yaradılacaqdır.

Rezidentlər :

 Pirallahı Sənaye Parkının hazırda 1 rezidenti var:

 “Hayat Farm” MMC

“Hayat Farm” MMC 15 dekabr 2015-ci il tarixində "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Vita-A" MMC və Rusiya Federasiyasının "R-Pharm" şirkətinə daxil olan "AR-Pharm" MMC şirkəti tərəfindən yaradılmışdır. 1 noyabr 2016-cı il tarixində Pirallahı Sənaye Parkının rezidenti statusu verilmişdir.

Müəssisə Sənaye Parkının 3 ha torpaq sahəsind Almaniya, İtaliya və digər Avropa ölkələrinin texnologiyası əsasında ildə 22,5 milyon qutuvə ya 500 milyon ədəd həb və kapsul istehsal edəcək zavod inşa ediləcək. zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.

Müəssisədə 210 iş yerinin açılması nəzərdə tutulur.