Azərbaycanın Sənaye Portalı

Rekvizitlər:

Bakı

“Azərbaycan İnvestisiya Şirkəti” ASC,

“Demirchi Tower”, 20-ci mərtəbə, Xocalı pr. 37, AZ1025, Bakı, Azərbaycan.

Tel.: (+994 12) 488 80 10
Faks: (+994 12) 488 80 12
E-mail: info@aic.az
Veb-sayt: www.aic.az

Yaradılması:

Neftçala Sənaye Məhəlləsi “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1011 nömrəli Sərəncamı ilə yaradılmışdır.

İdarəedici təşkilat:                  

Neftçala Sənaye Məhəlləsinin idarəedici təşkilatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən  “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətidir.

Ərazi:

 Neftçala Sənaye Məhəlləsinin ərazisi 10 hektar təşkil edir.

İştirakçılar:

Neftçala Sənaye Məhəlləsində hazırda 9 iştirakçı qeydiyyatdan keçmişdir:

"Azevrocar" MMC

Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal ediləcək. Layihənin ümumi investisiya dəyəri 24 milyon manat təşkil edir. Müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilmişdir. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

 

" Kəhf"  MMC

İllik istehsal gücü 25 min ton olan balıq yemi istehsalı müəssisəsində balıq yemi ilə yanaşı, gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı da nəzərdə tutulur.

Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilmişdir.  Müəssisədə 26 nəfər işlə təmin ediləcək.

 

"Metak" MMC

İllik istehsal gücü 2 milyon tara olan müəssisəyə 1,35 milyon manat investisiya qoyulub. Müəssisədə plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsal ediləcək. Müəssisəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 600 min manat güzəştli kredit verilib. "Metak" MMC-yə, həmçinin İnvestisiya Təşviqi Sənədi də təqdim edilib. Müəssisənin məhsulları kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayacaq. 

 

"Gilan PİVOT" MMC

İnvestisiya dəyəri 1 milyon manat, illik istehsal gücü 60-80 suvarma sistemi olan "Gilan PİVOT" MMC müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal edəcək. Müəssisədə 15 nəfərin işlə təmin olunması planlaşdırılır. Müəssisə 2018-ci ildə fəaliyyətə başlayacaq.

 

"Toğrul-2008" MMC

100 min manat investisiya hesabına yaradılan "Toğrul-2008" MMC-də illik istehsal gücü 360 ton polietilen suvarma boruları istehsal edilir. İstehsal olunan məhsul ətraf rayonlarda fermerlərin bu sahədə ehtiyaclarının ödənilməsinə yönəldilir.

 

"Providence Limited" MMC

80 min manat investisiya dəyəri olan "Providence Limited" MMC  modul tipli məktəb binalarının quraşdırılması ilə məşğul olur. Müəssisə 15 nəfər işçi heyyəti ilə fəaliyyət göstərir. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq səyyar məktəb quraşdırılır.

 

"Azproduct" MMC

1,7 milyon manat investisiya dəyəri olan "Azproduct" MMC  müasir texnologiyaların tətbiqi ilə balıq emalı və konservləşdirilməsi sahəsində fəaliyyət göstərəcək. İstehsal sahəsində ildə 7 milyon şərti banka konserv və 500 ton soyudulmuş təzə balıq istehsalı nəzərdə tutulur. Müəssisəyə İnvestisiya Təşviqi Sənədi təqdim edilmişdir. İstehsal sahəsində 40 nəfər işlə təmin ediləcək.

 

"Sun Rise Production" MMC

İnvestisiya dəyər 619 min manat olan "Sun Rise Production" MMC -də  kağız stəkanlar və hazır içkilər istehsal olunacaq. Müəssisəyə İnvestisiya Təşviqi Sənədi təqdim edilmişdir.

 

"Petroqeoaz" MMC

2.4 mln manat investisiya dəyəri olan "Petroqeoaz" MMC kənd təsərrüfatı avadanlıqları və metal konstruksiyaları istehsal edəcəkdir. Müəssisənin illik istehsal gücü 1200-1800  ton metal kanstruksiya olacaqdır. Müəssisə 21 nəfər işçi heyyəti ilə təmin olunacaqdır.

Rəhbərlik:

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-dir.

İnfrastruktur:

Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün zəruri infrastruktur yaradılmış və Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 24 sentyabr 2017-ci il tarixində ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi istifadəyə verilmişdir.