Azərbaycanın Sənaye Portalı

Rekvizitlər:

Bakı

“Azərbaycan İnvestisiya Şirkəti” ASC,

“Demirchi Tower”, 20-ci mərtəbə, Xocalı pr. 37, AZ1025, Bakı, Azərbaycan.

Tel.: (+994 12) 488 80 10
Faks: (+994 12) 488 80 12
E-mail: info@aic.az
Veb-sayt: www.aic.az

Yaradılması:

Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. 28 dekabr 2017-ci il tarixində Dövlət başçısının iştirakı ilə Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olmuşdur.

İdarəedici təşkilat:                  

Sabirabad Sənaye Məhəlləsinin idarəedici təşkilatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən  “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətidir.

Ərazisi:

20.3 ha ərazidə yaradılacaq məhəllədə yun tədarükü, pambıq təmizləmə, taxta və plastik məmulatlar, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı sahələrində layihələr həyata keçiriləcək, Logistika Mərkəzi yaradılacaq. 

İştirakçılar:

 

​Rəhbərlik:

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-dir.

İnfrastruktur:

Sabirabad Sənaye Məhəlləsində ilkin mərhələdə yüksək standartlara cavab verən ümumi sahəsi 7605 m² olan 3 istehsal sahəsi, 1060 m² sahəsi olan ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar tikilərək sahibkarların istifadəsinə veriləcək. Hazırda isə sənaye məhəlləsinin müvafiq infrastrukturla təmin edilməsi və burada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin istehsal prosesi zamanı tələb olunan elektrik enerjisi, su xətti, qaz və fiber-optik kabelinin çəkilişi ilə bağlı müvafiq tədbirlər görülür.