Azərbaycanın Sənaye Portalı

Adı: “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən zavodlar

Fəaliyyətə başladığı tarix: 01.05.2013-cü il

Yerləşdiyi ünvan: Abşeron rayonunun Hökməli qəsəbəsi

Fəaliyyət sahəsi: birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı

Sahəsi: 8 hektar

İşyeri: 1500 nəfər

Qısa məlumat: Birdəfəlik plastik qablar, priforminqlər istehsalı zavodunun gündəlik istehsal gücü 50 tondur. Burada 150 növdən çox polistirol, polipropilen xammalından qida məhsulları üçün istehlak taraları və priforminqlər istehsal olunur.  Polistirol və polipropilen kisələr istehsalı zavodunun istehsal sahəsi iki hissədən ibarətdir. Birinci hissə yarımməmulat xəttindən, ikinci hissə isə məmulat xəttindən ibarətdir. Müəssisə gün ərzində 13 çeşiddə 125 min kisə istehsal etmək gücünə malikdir. Süd məhsulları və dondurma istehsalı zavodu “Milla” brendi altında fəaliyyət göstəRir və yüksək keyfiyyətli “Milla” ticarət markası altında 56 növ süd məhsulları istehsal edir. Müəssisənin gündəlik istehsal gücü 250 ton təşkil edir.