Azərbaycanın Sənaye Portalı

Adı: Sumqayıt Kimya Sənaye Parkı

Fəaliyyətə başladığı tarix: 21.12.2011

Sahəsi: 295,5 hektar.

İş yeri: Təxminən 7000 nəfər.

Qısa məlumat: Ərazi 2 hissədən inzibati-sosial və sənaye zonalarından ibarətdir. Parkın inzibati-sosial zonası 16 və 20 mərtəbəli 2 inzibati bina, Peşə tədris mərkəzi, 7 tədris emalatxanası, sərgi-konfrans, laboratoriya tədqiqat mərkəzi, açıq və qapalı idman zalları, uşaq bağçası, otel-yataqxana komplekslərindən ibarətdir. Sənaye zonasının 43 alt sənaye ərazisində orta hesabla 35-40 müəssisənin yerləşdirilməsi nəzərdə tutulur.  Sənaye zonası polimerlər, inşaat kimyası, avtomobil sənayesi kimyası , kənd təsərrüfatı kimyası,  məişət kimyası, tibbi kimya alt sahələrinə bölünəcəkdir. SKSP investisiya cəlbediciliyinin artırılması məqsədilə parkın rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eyni zamanda parka gətirilən avadanlıq və texnologiyalar əlavə dəyər vergisindən azad olunmuşdur.