Azərbaycanın Sənaye Portalı

Adı: “Norm” sement zavodu

Fəaliyyətə başladığı tarix: 21.07.2014

İş yeri: 500 nəfər.

İstehsal: İllik gücü 2 milyon ton,  gündə 5 min ton klinker

Qısa məlumat: Bakının Qaradağ rayonunun ərazisində yerləşən “Norm” sement zavodunun  inşaat işlərini Çinin “CNBM” korporasiyasının “CTİEC” tikinti şirkəti həyata keçirib. Zavodun tikintisi ilə yanaşı, müəssisənin yerləşdiyi ərazidə əsaslı infrastruktur yaradılıb, üçmərtəbəli inzibati bina, yeməkxana və tibb məntəqəsi tikilib.  “Norm” sement zavodu nəinki Azərbaycan, ümumilikdə Cənubi Qafqazda sement istehsalı ilə məşğul olan ən böyük müəssisədir. “API” standartlarına uyğun quyu-tamponaj sementi də istehsal ediləcək. Hazırda zavodda üç çeşiddə sement istehsalı planlaşdırılır. Əsas xammal Qaradağda əldə edilir, qatqı materialları isə Şəmkir, Goranboy, Ağstafa və Tovuz rayonlarından gətirilir. Zavodda istehsal olunan bütün məhsullara Almaniya Sement İstehsalçıları Assosiasiyasının sertifikatı verilib. Bundan əlavə, “Norm” şirkəti Avropa Sement Tədqiqatları Akademiyasının həqiqi üzvüdür. Bu zavodun tam fəaliyyəti nəticəsində sement üzrə daxili tələbat ödəniləcək.