Azərbaycanın Sənaye Portalı

Adı: Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi

Başlama tarixi: Dəhliz haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12/09/2000 tarixində Sankt-Peterburq şəhərində bağlanılmış və 21/05/2002 tarixində qüvvəyə minmişdir.

İştirakçı ölkələr: Rusiya, İran, Hindistan. Sonralar beynəlxalq nəqliyyat dəhlizinə Belarus , Qazaxıstan, Tacikistan, Qırğızıstan, Oman, Suriya və Ermənistan qoşulmuşdur. 2005-ci il sentyabrın 20-də Azərbaycan da müvafiq Sazişə qoşulmuşdur.

Dəhlizin marşrutları:
1.Transxəzər marşrutu: Rusiya tərəfində marşrut Həştərxan, Olya və Mahaçqala, İran tərəfində isə Ənzəli, Əmirabad və Nouşəhr limanlarından keçir.

2. Şərq marşrutu: Qazaxıstan və Türkmənistandan keçməklə birbaşa dəmir yolu ilə İrana keçir. Təkər cütlüklərin dəyişdirilməsi Saraxs stansiyasında baş tutur.

3. Qərb marşrutu: Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara – Rəşt – Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir.

Hər üç marşrut İran ərazisi ilə davam edərək Fars körfəzinə və Hindistana qədər uzanır. Dəhlizin Azərbaycan üzərindən keçən dəmir yolu xəttinin uzunluğu – 504 km-dir.

Qısa məlumat:

Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi məqsədilə Astara stansiyasından İran sərhədinə qədər 8,3 km yeni dəmir yolu xəttinin, burada hər biri 1050 m olan 4 əlavə stansiya yollarının, Astara (Azərbaycan) – Astara (İran) sahəsində yeni dəmir yolu, avtomobil və piyada körpülərinin tikintisi nəzərə tutulur. 2011-ci il 12-13 may tarixində Azərbaycan-İran sərhədində keçirilmiş görüşdə 142 nömrəli sərhəd nişanından 50 metr məsafədə dəmir yolu körpüsünün və ondan 50 metr aralıqda avtomobil yolu və piyada körpülərinin yeri təyin edilmişdir. Müəyyən edilmiş ərazinin və orada ayrılmış torpaq sahəsində hazırda tikilməsi nəzərdə tutulan obyektlərin ölçü cizgiləri hazırlanmışdır.

2014-cü ilin sonuna Bakı-Tbilisi-Qars yeni dəmir yolu üzrə işçi qatarların Türkiyə sərhədinə qədər buraxılması, 2015-ci ilin ikinci yarsında isə layihənin tam istifadəyə veriləcəyi nəzərdə tutulmuşdur.