Azərbaycanın Sənaye Portalı

Adı: “Gilan” Tekstil Parkı

Fəaliyyətə başladığı tarix: 03.05.2013-cü il.

Sahəsi: 20 hektar

Fəaliyyət sahəsi: parça toxuma, boyama və tikiş

Qısa məlumat: Ümumi sahəsi 7 min kvadratmetr olan parça toxuma fabriki üç əsas istehsal və köməkçi sexlərdən ibarətdir. Boyama prosesində Almaniyadan idxal olunan boyalardan istifadə edilir. Burada, həmçinin parçaların yuyulması, ağardılması və qurudulması da həyata keçirilir. Tikiş fabrikində yorğan istehsalı üçün ayrıca xətt yaradılmışdır. Bu xətt ayda 18 min yorğan istehsal etmək gücünə malikdir. Ümumi sahəsi 6 min kvadratmetr olan tikiş fabriki ən son texnoloji avadanlıqla təchiz edilmişdir. Fabrikdə ayda şərti olaraq 50 min kişi, qadın və uşaq üst geyimləri, NATO standartlarına uyğun hərbi və xüsusi geyimlər istehsal olunur.