Azərbaycanın Sənaye Portalı

Adı: Bakı Gəmiqayırma zavodu

Fəaliyyətə başladığı tarix: 20 may 2013-cü il.

Fəaliyyət sahəsi: müxtəlif təyinatlı gəmilərin: təchizat, yük, yedək, kran, sərnişin gəmilərinin tankerlərin, eləcə də xüsusi ixtisaslaşdırılmış gəmilərin tikintisindən, bu tipli gəmilərin təmirindən və təyinatının dəyişdirilməsindən ibarətdir.

Sahəsi: 71,4 hektardır.

İstehsal: Zavod ildə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malikdir. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür. Zavod tərəfindən artıq 4000 at gücündə 50 t dartma qüvvəsinə malik olan “SOCAR-1” yedək gəmisi 12 ay və 168 m uzunlugunda, 50 m enində 17000 t yükqaldırma gücünə malik olan “28 May” üzən doku 16 ay müddətində tikilib təhvil verilmişdir və hal-hazırda istismar olunur.

Qısa məlumat: Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya zavodun nizamnamə kapitalında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 65 faiz, Azərbaycan İnvestisiya Şirkəti 25 faiz və “Keppel Offshore&Marine” şirkəti 10 faiz paya malikdirlər.

Gələcəkdə görüləcək işlər: 2014-cü ilin aprel ayında isə zavod Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən 3 ədəd 80 nəfərlik heyət gəmisinin tikintisinə dair daha bir sifariş qəbul etmişdir. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (CDC) sifarişi əsasında Xəzər Dənizində ən böyük yarımdalma qazma qurğusunun pantonlarının tikitisi həyata keçirilir və bu ilin noyabr ayında layihə başa çatdırılacaqdır. Zavodun tikintisinə yenicə başlanılmış və ən böyük sifariş Sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisidir. Bu layihə Bakı Gəmiqayırma zavodu ilə  BP şirkəti arasında 2014-cü il 17 aprel tarixində bağlanmış və dəyəri 378 milyon ABŞ dolları olan müqavilə əsasında həyata keçirilir. Müqavilə üzrə layihə başa çatdıqdan sonra Sualtı tikinti gəmisi sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının Xəzər dənizinin Azərbaycan sektorunda ikinci inkişaf mərhələsi üçün səfərbər olunacaqdır. Gəminin tikintisinin tamamlanması 2017-ci ilin aprel ayına nəzərdə tutulur