Azərbaycanın Sənaye Portalı

Rusiya Federasiyasının paytaxında təşkil edilmiş “Worldfood Moscow 2019” Beynəlxalq Ərzaq Sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə  33 Azərbaycan şirkətinin istehsalı olan qida məhsulları, şərab və digər spirtli içkilər “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr də aparacaqlar.

“Worldfood Moscow 2019” Beynəlxalq Ərzaq Sərgisi sentyabrın 27-dək davam edəcək.