Azərbaycanın Sənaye Portalı

Almaniyanın Berlin şəhərində ənənəvi “Beynəlxalq Yaşıl Həftə-2019” sərgisi keçirilir. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Fondunun təşkilatçılığı ilə 14 Azərbaycan şirkəti şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və s. məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edir.

Xüsusi zövq və dizaynla hazırlanmış “Made in Azerbaijan” stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanır.

Sərgi yanvar ayının 27-dək davam edəcək.