Azərbaycanın Sənaye Portalı

“Koreya Texnologiya Məsləhəti və Həll Yolları” (TASK) proqramı çərçivəsində Koreya Sənaye Texnologiyaları İnstitutunun (KİTECH) nümayəndələri, eləcə də Koreya şirkətlərinin-“DPAMS Tech Co., LTD” və “Dong-A Precision IND. Co., LTD” şirkətlərinin rəhbərləri 2019-cu ilin 19-22 avqust tarixlərində Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Neftçala, Gədəbəy rayonlarında ağır sənaye və maşınqayırma, eləcə də digər emal sahələrində fəaliyyət göstərən bir neçə sənaye müəssisələrinə, o cümlədən “Azərmaş” ASC, “ATEF Şirkətlər Qrup” MMC, “Bakı Universal Maşınqayırma” MMC, “Gəncə Cihazqayırma Zavodu” ASC, “Semsan” şirkəti, “Sumqayıt Texnologiyalar Parkı” MMC, “VELİEV” MMC, “Kiçik Qafqaz” MMC, “Carlsberg Azerbaijan” MMC-yə səfər etmişlər. Səfər çərçivəsində Koreyalı ekspertlər müəssisələr tərəfindən tətbiq edilən istehsal texnologiyaları ilə yerindəcə tanış olmuş, mövcud istehsal texnologiyalarının müasirləşdirilməsi imkanları, qənaətli istehsal metodlarının tətbiqi və perspektivləri, eləcə də Koreya müəssisələri ilə kooperasiya və ya birgə müəssisələr yaratmaq istiqamətində əlaqələrin qurulması imkanları müzakirə edilmişdir.