Azərbaycanın Sənaye Portalı

“Koreya Texnologiya Məsləhəti və Həll Yolları” (TASK) proqramı çərçivəsində Koreya Sənaye Texnologiyaları İnstitutunun (KİTECH) nümayəndələri tərəfindən cari ilin 20-22 avqust tarixlərində İqtisadiyyat Nazirliyində ağır sənaye və maşınqayırma sənayesi sahəsində fəaliyyət göstərən bir neçə sənaye müəssisələrinin, o cümlədən “ATEF Şirkətlər Qrup” MMC, “Azərmaş” ASC, “Sumqayıt Texnologiyalar Parkı” MMC, “Bakıinşaatsənaye” ASC, “Bakı Universal Maşınqayırma” MMC, “Gəncə Cihazqayırma Zavodu” ASC, “Elit yatırım və ticarət LTD” MMC-nin nümayəndələrinə elmi-metodiki təlim keçirilmişdir. Təlim çərçivəsində müəssisə nümayəndələrinə “İstehsal sahəsində 5S standartları”, “Qəanətli istehsal metodları” və “Qəlib və Ştamplama” mövzularına dair təqdimatlar keçirilmişdir. Layihə çərçivəsində koreyalı ekspertlər tərəfindən 2019-cu ilin oktyabr və ya noyabr aylarında müəssisələrin birində praktiki təlimin keçirilməsi nəzərdə tutulmuşdur.