Azərbaycanın Sənaye Portalı

2019-cu  il 21 avqust tarixində İqtisadiyyat Nazirliyində Çin (“East Star Line Group LTD”) və tərəfdaş Azərbaycan investorları tərəfindən Azərbaycanda yerləşən sənaye parklarının birində bərkidici metal məmulatları (bolt, şurup, qayka, şayba, mismar, xamut, ankerbolt, qalvaniz və sair) istehsal edəcək  zavodun quraşdırılması istiqamətində danışıqların aparılması məqsədi ilə görüş keçirilmişdir. İlkin layihəyə uyğun olaraq sözegedən zavodun tikintisi üçün tələb olunan sahənin 10 min m2, investisiya olunacaq məbləğin isə 20 milyon ABŞ dolları olacağı nəzərdə tutulur. Zavodun istismara verilməsi ilə 500 yeni iş yeri yaradılacaqdır. Zavodda istehsal ediləcək məhsulların həm daxili bazarda, həm də “Made in Azerbaijan” brendi altında Avropada satışı planlaşdırılır.