Azərbaycanın Sənaye Portalı

Məlumat üçün bildiririk ki, “Koreya Texnologiya Məsləhəti və Həll Yolları” (TASK) proqramı çərçivəsində Koreya Sənaye Texnologiyaları İnstitutunun (KİTECH)  mütəxəssisləri tərəfindən 2019-cu ilin 19-22 avqust tarixlərində sənaye müəssisələrinin nümayəndələrinə “İstehsal sahəsində 5S standartları”, “Qəanətli istehsal metodları” və “Qəlib və Ştamplama” mövzularına dair təqdimatlar keçirilmişdir. Həmin nəzəri-metodiki təlimlərin davamı olaraq 2019-cu ilin 8-10 oktyabr tarixlərində “ATEF Şirkətlər Qrup” MMC-də həm nəzəri, həm də praktiki təlim keçirilmişdir.

Koreya Sənaye Texnologiyaları İnstitutunun (KİTECH) mütəxəssisləri tərəfindən 2019-cu ilin 9-12 dekabr tarixlərində “Sumqayıt Texnologiyalar Parkı” MMC-də növbəti nəzəri və praktiki təlim keçirilmişdir. Bununla yanaşı, koreyalı ekspertlər bir sıra sənaye müəssisələrində, o cümlədən “ATEF Şirkətlər Qrup” MMC, “Elit Ticarət və Yatırım LTD” MMC və “Diamed Co” MMC-nin mütəxəssisləri ilə də görüşlər keçirmişlər.