Azərbaycanın Sənaye Portalı

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəliyinin təşkilatçılığı ilə  Azərbaycan istehsalı olan qida məhsulları və spirtli içkilər 12-14 sentyabr tarixlərində Varşavada keçiriləcək “Food Expo Warsaw-2019”  sərgisində “Made in Azerbaijan” stendi ilə nümayiş olunacaq.

Qeyd edək ki, “Food Expo Warsaw” kənd təsərrüfatı və qida məhsulları üzrə Polşada keçirilən ən böyük sərgidir. Hər il sərgidə Polşa ilə yanaşı, Mərkəzi və Şərqi Avropanın digər ölkələrindən emal müəssisələri, kənd təsərrüfatı və qida məhsullarının idxalı və satışı ilə məşğul olan iri idxalçılar, supermarket, hotel və restoran şəbəkələri və s. iştirak edir.