Azərbaycanın Sənaye Portalı

Çin Xalq Respublikasının Şanxay şəhərində “2019 China International Import Expo” Beynəlxalq İdxal Sərgisi öz işinə başlayıb.

5-10 noyabr tarixlərində keçiriləcək sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 26 Azərbaycan şirkətinin məhsulları da nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.