Azərbaycanın Sənaye Portalı

Hazırda dünyada mövcud olan külək turbinləri qanadlarının uzunluğu 50-80 metr olmaqla, 1-8 meqavat enerji istehsal edə bilir. ABŞ-ın “Sandia National Laboratories” tədqiqat mərkəzinin alimlərinin hazırladıqları böyük ölçülü külək turbinləri isə enerji məhsuldarlığını dəfələrlə artırmağa imkan verəcək.

“Segmented Ultralight Morphing Rotor (SUMR)” adlandırılan yeni turbinlər modul sistemə malik olacaq və qanadlarının uzunluğu əvvəlkilərə nisbətən 2,5 dəfə çox olmaqla, 50 meqavata qədər enerji istehsal edə biləcək.
Yeni turbinlər gücü 320 km/saat qədər olan küləklərə tab gətirə biləcək. Güclü fırtınalar zamanı isə  turbin qanadları qatlanaraq yığcam forma alacaq və beləliklə qırılmadan qorunacaqlar.

Mütəxəssislərin fikrincə, belə külək turbinləri yaşıl enerji istehsalına böyük töhfə verəcək. Tədqiqat Qabaqcıl Enerji Layihə Tədqiqatları Proqramı çərçivəsində ABŞ-ın Enerji Departamenti  tərəfindən maliyyələşdirilib və 2030-cı ilə qədər ölkənin enerji təchizatının 20%-ni külək elektrik stansiyaları hesabına ödənilməsi planının həyata keçirilməsinə yönəldilib.

 

 

www.gizmag.com