Azərbaycanın Sənaye Portalı

Şotlandiya Hökumətinin Norveçin neft şirkəti “Statoil” ilə bağladığı müqaviləyə əsasən, şimal sahilindən 25 km məsafədə üzən strukturlar üzərində 30 meqavatlıq külək turbinləri quraşdırılacaqdır. 2017-ci ildə fəaliyyətə başlaması planlaşdırılan “Hywind” pilot parkı dünyanın ilk üzən külək elektrik stansiyası olacaq və 20 000 evi elektriklə təmin edəcək.

Hər biri 6 meqavatlıq 5 külək turbinindən ibarət olacaq stansiya dənizin dərinliyi 95-120 m olan hissəsində yerləşəcək və 4 kv.km ərazini əhatə edəcək.

Külək elektrik stansiyasının sahildən uzaq olmasının əsas üstünlükləri dənizin ortasında olan güclü və daimi küləklərin gücündən maksimum istifadə edə bilməsi, həmçinin sahildə yaşayan sakinlərin əsas problemi olan dəniz görüntüsünün korlanmamasıdır.

Statoil şirkəti inanır ki, Hywind üzən külək turbini texnologiyası dünya üzrə bütün geniş su hövzələrində istifadə edilərək, dəniz külək resurslarının geniş şəkildə istismar olunmasına imkan verəcək. 

 

www.gizmag.com