Azərbaycanın Sənaye Portalı

Son illərdə Braziliyada davam edən dəhşətli quraqlıq su ehtiyatlarının getdikcə tükənməsinə səbəb olduğundan, hökumət elektrik təchizatının 75%-ni ödəyən su elektrik stansiyalarından fərqli olaraq, alternativ enerji mənbələrindən istifadəni genişləndirmək qərarına gəlib.

Belə ki, Braziliyanın energetika naziri Eduardo Braganın açıqlamasına görə, Amazon hövzəsində yerləşən Balbina su elektrik stansiyasında dünyanın ən böyük üzən günəş elektrik stansiyası quraşdırılacaqdır. Stansiyanın 2360 km2 sahəni əhatə edəcəyi planlaşdırılır.

Gücü 350 meqavat gücündə ölçülən layihə hazırda Yaponiyada 13,4 meqavat gücündə fəaliyyət göstərən anoloji stansiyanı üstələyəcək. Quruda yerləşən dünyanın ən böyük günəş elektrik stansiyası isə 550 meqavat gücündə Kaliforniyada fəaliyyət göstərən Səhra Günəşi elektrik stansiyasıdır (Desert Sunlight solar farm).

“Biz texnoloji innovasiya əlavə etməklə, günəş enerjisi ilə hidroelektrik enerjisini birləşdirərək enerji istehsalı mənbələrini diversifikasiya edirik. Biz daha ucuz, daha təhlükəsiz və innovasiyalı elektrik sistemini 2016-cı ildə istifadəyə verməyə hazırlaşırıq” deyə energetika naziri öz çıxışında bildirmişdir.

Stansiyada istehsal olunacaq hər meqavat/saat elektrik enerjisinin qiyməti 69-77 $ məbləğində dəyərləndiriləcək.

 

www.ecowatch.com