Azərbaycanın Sənaye Portalı

“Nextbit” smartfon istehsalçısı bulud texnologiyası ilə hazırladığı ilk smartfonunu təqdim edib. Nextbit Robin adlandırılan smartfonun ön sifarişləri 399 $ qiymətilə qəbul edilməyə başlayıb.

Smartfonun əsas özəlliyi istifadəçini daima limitsiz yaddaşla təmin etməsidir. Smartfon 32 GB daxili yaddaşa, 100 GB bulud yaddaşa malikdir. Bunun sayəsində telefonda gec-gec istifadə olunan şəkil və proqramlar avtomatik olaraq bulud yaddaşa köçürülür və belə fayllar boz rəngdə əks olunur. Bulud yaddaşı tam yükləndikdə isə əlavə ödəniş etməklə yaddaş həcmini artırmaq mümkün olur.

Smartfonun 5,2 dyumluq tam HD ekranı 1920 x 1080 piksel sıxlığına və Gorilla Glass 4 şüşəsinə malikdir. Telefon “Qualcomm Snapdragon 808” prosessoru, Android 6.0 Marshmallow əməliyyat sistemi, 3GB operativ yaddaş, 13 meqapikselli arxa kamera və 5 meqapikselli ön kamera ilə təchiz olunub.

 

www.sciencetimes.com