Azərbaycanın Sənaye Portalı

 

İsveç mebel istehsalçısı "İkea" mobil telefonu kabelsiz elektriklə təchiz edə bilən bir sıra mebelləri satışa çıxaracağını açıqlayıb. Mebel nəhəngi bu açıqlamanı bazar günü Barselonada keçirilən Dünya Mobil Konqresində bildirib.  

Yeni buraxılacaq kolleksiyaya naqilsiz enerji doldurma planşetinə malik stollar, masalar və lampalar daxildir. Naqilsiz enerji təchizi enerji transferi induksiyası vasitəsilə həyata keçirilir, mebelin özü isə enerji mənbəsinə qoşulur. Yeni kolleksiya aprel ayının sonlarından başlayaraq Şimali Amerika və Avropa bazarlarında satışa çıxarılacaq.

"İkea" həmçinin bildirib ki, o həm də qiyməti 30 avrodan başlayan, istənilən mebelə yerləşdirilə bilən naqilsiz şarj dəstləri satacaq. Belə dəstləri olan mebellər isə 20 avro baha qiymətə satılacaq. 

"İkea" yeni mebelləri Naqilsiz Enerji Konsorsiumunun (Wireless Power Consortium-WPC) Qİ standartlı simsiz adapterləri ilə təchiz edəcəkdir ki, bu standartları da "Samsung"," HTC" və "Microsoft" şirkətinin smartfonları dəstəkləyir.