Azərbaycanın Sənaye Portalı

“Jaguar Land Rover” şirkətinin yeni patenti göz-təqibi texnologiyasından avtomobilin arxa silgəclərinin işə salınmasında istifadəyə imkan verəcək.

Yeni sistem sürücünün göz və baş hərəkətlərini izləyən təqib sensorlarından ibarət olacaq. Belə ki, sürücünün davranışı arxa şüşələrin silinməyə ehtiyacı olduğunu işarə etdikdə sensorlar arxa silgəcləri aktivləşdirəcək.

Şirkət patent üçün 2013-cü ildə müraciət etmiş, lakin patent bu həftə Birləşmiş Ştatlar Patent və Marka Ofisi (U.S. Patent and Trademark Office) tərəfindən təsdiqlənmişdir.

“Jaguar” müxtəlif təhlükəsizlik məqsədləri üçün öz nəqliyyat vasitələrində sensor texnologiyalarının tətbiqi üzərində daimi araşdırmalar aparır. Belə ki, şirkət "Intel" və "Seeing Machines" şirkətləri ilə əməkdaşlıq edərək, öz DMC (Driver Monitor System) sistemini yanvar ayında təqdim etmişdir. Bu sistem sürücünün gözlərini izləyir və gözlərin yorğun olması və ya yola diqqətsiz olması barədə sürücünü məlumatlandırır. “DMS sistemi yolda sürücülərə bir çox məsələlərdə yardım edə, təhlükəsizlik imkanlarını genişləndirə bilər. Belə ki, avtomobil təhlükəyə doğru getdikdə, sistem sürücünün qarşıdakı təhlükəni görmədiyini aşkar edir və avtonom rejimdə olan əyləclər işə düşür.” deyə şirkətin texniki direktoru Dr.Volfqanq Zibat (Wolfgang Ziebart) bildirmişdir.