Azərbaycanın Sənaye Portalı

Amerika kosmik agentliyi NASA səsdən sürətli təyyarənin hazırlanması üçün “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.

Bu barədə Agentliyin rəhbəri Çarles Bolden açıqlama verib. “NASA uçuşu təhlükəsiz, səssiz və ekoloji təmiz etmək üzərində gərgin çalışır. Bu məqsədlə 70 il əvvəl Agentliyimizin yüksək sürət tədqiqatlarının nəticəsi olaraq pilot Çak Yeger ilk dəfə Bell X-1 ilə səs sürətini keçə bildi. Biz indi də səsdən sürətli təyyarə irsini davam edirik və bu texnologiyanın sərnişin daşınmasında istifadəsinə hazırlaşırıq ” deyə o bildirib.

Yeni layihə NASA-nın New Aviation Horizons Proqramı çərçivəsində həyata keçirilir. Təyyarə QueSST (Quiet Supersonic Technology) texnologiyası əsasında hazırlanacaq. Layihə çərçivəsində NASA 17 ay ərzində “Lockheed Martin” şirkətinə 20 mln. dollar vəsait ödəyəcək. Tədqiqatlar Virciniya Ştatının Hampton şəhərində yerləşən NASA-nın Lenqli Tədqiqat Mərkəzində aparılacaq.

 

www.nasa.gov