Azərbaycanın Sənaye Portalı

Texas Universitetinin Cockrell Mühəndislik Məktəbinin mütəxəssisləri tərəfindən hazırlanan “ağıllı pəncərə” texnologiyası günəş istiliyinin və işığının ötürülməsini səmərəli şəkildə idarə edə bilir.

Elektroxromik materialdan ibarət “ağıllı” şüşə müxtəlif gərginlikli elektrik vasitəsilə günəşin görünən və infraqırmızı şüalarını ayrı-ayrılıqda saxlaya bilir. Yeni elektroxromik material şüşənin qalay oksid nanokristalları və niobium oksidlə zənginləşdirilməsi nəticəsində hazırlanıb.  

Ağıllı pəncərə - işığı keçirərək istiliyi bloklaşdırmaqla (cool mode) və əkinə, istiliyi keçirərək işığı bloklaşdırmaqla (warm mode) seçimdən asılı iki rejim yaradır. Yeni materialdan ibarət şüşə infraqırmızı şüaların 90%-dən çoxunu və işıq şüalarının 80%-ni idarə etməyə icazə verir. Rejimlərarası keçid bir neçə dəqiqə ərzində baş verir.

“Bu imkanlar günəş şüaları üzərində mürəkkəb dinamik nəzarətin mümkün olduğunu göstərir. Yeni nanokristal əsaslı şüşə materialın təkmilləşdirilməsi davam etdirilməli və kommersiyalaşdırılması üçün istehsal xərcləri azaldılmalıdır.” deyə layihə rəhbəri, Berkeley Milli Laboratoriyasının material kimyaçısı Dilya Melron (Delia Milliron) bildirmişdir.

 

www.gizmag.com