Azərbaycanın Sənaye Portalı

Tokio Universitetinin Sənaye Elmləri İnstitutunun alimlərinin hazırladıqları yeni şüşə material polad möhkəmliyindədir və bununla belə adi şüşə kimi yüngül və nazikdir.

Yeni şüşənin möhkəmlik, davamlılıq və elastiklik sınaqları uğurla başa çatıb. Sınaqlar nəticəsində aydın olub ki, yeni material  adi şüşədən iki dəfə möhkəmdir və bu xüsusiyyətinə görə polad və çuqunla rahat şəkildə rəqabət apara bilər.

Yeni materialın yaradılmasında tədqiqatçıların əsas sirri qarışığın tərkibində alüminium oksidin həcminin artırılması olub. Əvvəllər də tədqiqatçılar bu maddənin həcmini artırmağa çalışsalar da konteynerdə hazırlanma zamanı məhlul kristallaşdığından müsbət nəticə əldə oluna bilinməmişdir. Bu problemi aradan qaldırmaq üçün tədqiqatçılar aerodinamik levitasiya metodundan istifadə edərək şüşənin konteynerlə təmasını əngəlləyə biliblər. Nəticədə tərkibi 50% alüminium oksiddən ibarət şəffaf şüşə alınıb.

“Biz tezliklə yeni materialın kütləvi istehsalını təşkil edəcəyik. Yeni metodun kommersiyalaşdırılması isə yaxın beş il ərzində gözlənilir.” deyə Universitetin mütəxəssisi Atsunobu Masuno bildirmişdir.

 

www.ibtimes.co.uk