Azərbaycanın Sənaye Portalı

Mərakeş Böyük Səhrada tikintisinə başladığı Afrikanın ən böyük günəş elektrik stansiyasını 2020-ci ilə qədər  istifadəyə verəcək.

Dəyəri 9 mlrd.$ olan layihə Mərakeşin Ouarzazate şəhərində həyata keçirilir və paytaxt Rabat şəhərinin ərazisi qədər yeri əhatə edəcək. Stansiyanın gücünün təxminən 580 meqavat olacağı və bir milyon evi elektriklə təmin etməyə kifayət edəcəyi gözlənilir.

Dörd mərhələdən ibarət olan layihənin birinci fazası “Noor 1” 160 meqavat gücü ilə gələn aydan istismara veriləcək. Mütəxəsislərin fikrincə, təkcə birinci fazanın istismarı nəticəsində yaxın 25 il ərzində 240 min ton karbon dioksidin havaya buraxılmasının qarşısı alınacaq.

“Biz neft hasilatçısı deyilik, enerjimizin 94%-ni mədən yanacağı formasında kənardan idxal edirik və bu bizim dövlət büdcəmiz üçün mənfi nəticədir. Biz bu layihə ilə fəxr edirik və ölkəmiz üçün çox vacib hesab edirik.” deyə Mərakeşin ətraf mühit naziri Hakima el-Haite bildirmişdir.

 

www.telegraph.co.uk