Azərbaycanın Sənaye Portalı

“Sony” şirkəti “Wena Wrist” adlandırdığı ağıllı saatını təqdim edib. Wena saatının adı “Wear Electronics Naturally” ifadəsinin abreviaturasıdır və “elektronikanı olduğu kimi geyin” mənasını verir.

“Wena Wrist” saatının digər smart saatlardan fərqli olaraq sensor ekranı olmasa da, saatın qolbağı üç müxtəlif funksiyanı həyata keçirə biləcək texnologiya ilə təchiz olunub.

Belə ki, ilk növbədə saat Yaponiyanın FeliCa ödəniş sistemi ilə dəstəklənən rəqəmsal cüzdan funksiyası həyata keçirir. Eyni zamanda, Wena saatları vibrasiya və ya LED işıqlandırma vasitəsilə elektron poçt, mesaj bildirişləri barədə istifadəçini məlumatlandırır. Həmçinin, saat istifadəçisinin aktivliyini izləyərək addımların sayı və yandırılmış kalorini hesablayaraq, məlumatları ekranlaşdıra bilir.

Smart saatların müxtəlif modelləri 2016-cı ilin mart ayından bazara çıxarılacaq və qiymətləri 287-575 $ arasında dəyişəcək.

 

www.techtimes.com