Azərbaycanın Sənaye Portalı

Çinin məşhur smartfon şirkəti "XIAOMI" yerli idman geyimləri istehsalçısı "Li Ning" şirkəti ilə birlikdə ağıllı idman ayaqqabılarının istehsalı ilə bağlı əməkdaşlığa başlayıb.

Yeni ayaqqabıların dabanı "Xioaminin Huami Technology" şirkətinə məxsus çiplərlə təchiz olunacaq. Ağıllı çiplər addımların sayını və qət edilən məsafəni hesablayacaq, sahibinin fiziki aktivliyinə nəzarət edəcək. "Xiominin" xüsusi proqram əlavəsi isə çipdən göndərilən məlumatlara əsasən məşqlərin nəticələrini təhlil etməyə imkan verəcək.

"Xiaomi" şirkətinin bu tip məhsul çeşidlərini artırması onun smartfon istehsalçısından həyatı asanlaşdıran məhsul və xidmət təchizatçısına çevrilmə planına əsasən həyata keçirilir.

Qeyd edək ki, çipin ayaqqabı dabanına yerləşdirilməsinin analoji sistemi ilk dəfə "Nike" şirkəti tərəfindən Nike+ ötürücüləri vasitəsilə reallaşdırılmışdır.