Azərbaycanın Sənaye Portalı

Microsoft şirkəti “ağıllı üzük” adlandırılan yeni qurğunun patentini rəsmiləşdirmək üçün müraciət edib.

Yeni ixtira sensor qurğular, ağıllı saatlar və ya virtual reallıq eynəkləri ilə istifadə edilə bilən üzük formasında manipulyatordan ibarətdir.

Üzüyə quraşdırılmış sensorlar  istifadəçinin barmaq hərəkətlərini izləyir və bu hərəkətləri qoşulduğu cihaz üçün əmrə çevirir. Üzük giroskop, akselerator, infraqırmızı ötürücü sensorlara təchiz edilib. Üzükdən istifadə etməklə ekrandakı obyektə klik etmək və ya ekranı istənilən bucaq altında fırlatmaq mümkün olacaq.

Ağıllı eynək, ağıllı qolbaq və ya saatların toxunma interfeyslərinin həcmi kiçik olduğundan “üzük”lə idarəetmə bu kimi qurğuların istifadəsini asanlaşdıracaq. Üzüklə qurğular arasındakı əlaqə wi-fi və ya bluetooth vasitəsilə təmin ediləcək.

 

www.ibtimes.co.uk