Azərbaycanın Sənaye Portalı

“Wacom” şirkəti yazdıqlarının nüsxələrini yaddaşa köçürə bilən “Bamboo Spark” qələmlərini təqdim edib.

“Bamboo Spark” qələmlərinin yazdıqlarının yaddaşa köçürülməsi üçün xüsusi mürəkkəb və qovluqdan istifadə olunur. Yazılan kağızların altına qoyulan qovluq qələmin ucunun hərəkətini hiss edə bilən elektro-maqnit rezonans lövhəyə malikdir. Bunun nəticəsində qələmin kağız üzərində olan yerdəyişməsi qeyd olunaraq qovluğun daxili yaddaşına köçürülür.

Qovluğun daxili yaddaşı 100 səhifəlik məlumatı saxlamağa imkan verir. Həmçinin, internetə qoşularaq toplanan məlumatlar xüsusi proqram əlavəsi vasitəsilə Android və ya İOS dəstəkli mobil qurğuya ötürülür. Qovluq USB əlaqəsi ilə enerji yığır və bir dəfəyə 8 saat işləyə bilir.

“Bamboo Spark” qələmləri üç fərqli modeldə, 159,95 $ qiymətilə satışa çıxarılacaq. Qələm üçün nəzərdə tutulmuş xüsusi mürəkkəb içliyinin üçünün qiyməti 9,99 $-dır.

 

www.gizmag.com