Azərbaycanın Sənaye Portalı

PARC XEROX şirkətinin mühəndisləri məxfi məlumatların təhlükəsizliyini artırmaq üçün özünü məhv edə bilən kompüter çipi hazırlayıblar. ABŞ-ın Qabaqcıl Müdafiə Araşdırmaları Agentliyinin (DARPA) "Vanishing Programmable Resources" (VAPR) layihəsi çərçivəsində hazırlanmış çip üçün sərtləşdirilmiş Gorilla Glass şüşəsindən istifadə olunub.

Çip sahibi istənilən vaxt sxemi işə sala bilir və nəticədə kiçik rezistor qızaraq şüşədən hazırlanmış çipi 10 saniyə ərzində minlərlə xırda hissələrə parçalayır.

Yeni çip 10 sentyabr tarixində Missuri ştatında DARPA tərəfindən təşkil olunan “Wait, What?” Gələcəyin Texnologiyaları Konfransında nümayiş olunub. Tədqiqatçılar inanır ki, belə çip şifrələmə açarları kimi yüksək məxfi məlumatları istənilən anda yox etməkdə lazımlı olacaq.

 

www.ibtimes.gov.az