Azərbaycanın Sənaye Portalı

“Sharp” şirkəti  “Ceatec” elektronika sərgisində smartfon funksiyalı robot prototipini - “RoBoHoN” robosmartfonunu təqdim edib.

İnsanabənzər ikiayaqlı robot formasında olan smartfon həm də rəqəmsal yardımçı rolunu oynayır. 20 sm hündürlükdə olan robotun baş hissəsində kamera və proyektoru, arxa hissəsində isə 2 dyumluq LCD ekranı vardır. Robot, həmçinin, mikrofon, dinamiklərlə, üz və səs tanıma sistemi ilə təchiz olunub.

Robot səs əmrlərini qəbul edərək, istənilən nömrə ilə əlaqə saxlayır, mesaj qəbul edir və səsləndirir, eyni zamanda, şifahi deyilən mətni cavab olaraq mesaj göndərir. Robot, həmçinin, şəkil çəkə və proyektorundan istifadə edərək şəkili istənilən səthə ekranlaşdıra bilir və hətta gəzərək kiçik rəqs hərəkətləri edir.

390 qram çəkisi olan kiçik qurğu “3G” və “LTE” standartlarını dəstəkləyir, eləcə də “Wi-Fi” şəbəkəsinə qoşulmağa imkan verir. “RoBoHoN” ikinüvəli “Qualcomm Snapdragon 400 MSM8926” prosessoru ilə idarə olunur.

 

www.ibtimes.co.uk