Azərbaycanın Sənaye Portalı

“Bloomberg İnnovasiya İndeksi”nə əsasən, dünyanın 50 Ən İnnovativ Ölkələrinin siyahısı müəyyənləşdirilib. İndeks növbəti göstəricilər əsasında hesablanıb:

Araşdırma və İnkişaf (Research &Development): araşdırma və tədqiqat xərclərinin ÜDM-də payını əks etdirir. 
Cari ildə bu göstərici üzrə ilk beşlikdə Cənubi Koreya, İsrail, Finlandiya, İsveç və Yaponiya dayanır.

İstehsal (Manufacturing): istehsalın ümumi həcminin adambaşına düşən payını əks etdirir.
Cari ildə bu göstərici üzrə ilk beşlikdə İsveçrə, İrlandiya, Sinqapur, Almaniya və Avstriya dayanır.

Yüksək texnologiya şirkətləri (High-tech companies): aerokosmik və müdafiə, biotexnologiya, informasiya-kommunikasiya texnologiaları, bərpa olunan enerji şirkətləri kimi yerli yüksək texnologiya yönümlü şirkətlərin ümumi həcminin dünyanın ümumi yüksək texnologiya şirkətlərindəki payını əks etdirir.
Cari ildə bu göstərici üzrə ilk beşlikdə ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və Kanada dayanır.

Ali təhsil (Postsecondary education): işçi qüvvəsi ilə ali təhsil məzunlarının fazi nisbəti, eləcə də elm və mühəndislik məzunlarının illik sayının ümumi işçi qüvvəsilə və ümumi ali təhsil məzunlarının sayı ilə faiz nisbətini əks etdirir.
Cari ildə bu göstərici üzrə ilk beşlikdə Cənubi Koreya, Rusiya, Finlandiya, İsrail və Ukrayna dayanır.

Elmi kadrlar (Research personnel): araşdırma və tədqiqatlar üzrə doktorların hər 1 milyon əhalidə payını əks etdirir.
Cari ildə bu göstərici üzrə ilk beşlikdə Finlandiya, İslandiya, Danimarka, İsrail və Sinqapur dayanır.

Patentlər (Patents): ölkə üzrə qeydiyyatdan keçmiş faydalı patentlərin hər 1 milyon əhalidə və tədqiqatlara xərclənmiş hər 1 mln.$ vəsaitdə payını əks etdirir.
Cari ildə bu göstərici üzrə ilk beşlikdə Cənubi Koreya, Yaponiya, Çin, ABŞ və Almaniya dayanır.

 

Beləliklə, dünyanın 50 Ən İnnovativ Ölkələrinin reytinq siyahısı aşağıdakı kimidir:

1. Cənubi Koreya          

2. Yaponiya

3. Almaniya

4. Finlandiya

5. İsrail

6. ABŞ

7. İsveç

8. Sinqapur

9. Fransa

10. Birləşmiş Krallıq

11. Danimarka

12. Kanada

13. Avstraliya

14. Rusiya

15. Norveç

16. İsveçrə

17. Avstriya

18. Yeni Zelandiya

19. Belçika

20. Niderland

21. İrlandiya

22. Çin

23. İspaniya

24. İtaliya

25. Polşa

26. Sloveniya

27. Malayziya

28. Lüksemburq

29. Yunanıstan

30. Portuqaliya

31. Çexiya

32. Macarıstan

33. Ukrayna

34. Honq Konq

35. Türkiyə

36. İslandiya

37. Rumıniya

38. Xorvatiya

39. Bolqarıstan

40. Serbiya

41. Latviya

42. Slovakiya

43. Litva

44. Tunis

45. Malta

46. Tailand

47. Braziliya

48. Argentina

49. Cənubi Afrika

50. Mərakeş 

 

www.bloomberg.com