Azərbaycanın Sənaye Portalı

Çip nəhəngi “Intel” yaxın 10 il ərzində kvant kompüterlərinin təkmilləşdirilməsinə 50 mln.$ məbləğində investisiya etmək qərarını açıqlayıb. Bu məqsədlə şirkət Delft Texnologiya Universiteti və Hollandiya Tətbiqi Elmlər Təşkilatı tərəfindən yaradılan QuTech İnstitutu ilə əməkdaşlıq edəcək.

Ənənəvi kompüterlər məlumatı 0 və ya 1-ə çevirərək bitlərlə yadda saxlayırsa, kubit adlandırılan kvant bitləri 0 və 1-i eyni anda təmsil edə bilir. Kvant kompüterləri kvant mexanikası qanunları ilə işləyir və digər kompüterlərlə müqayisədə əməliyyatları daha sürətli həyata keçirir.

Son illər IBM, Microsoft Corp. və Google İnc kimi bir sıra şirkətlərin tədqiqatçıları kvant mexanika qanunlarını kompüterlərə tətbiq etməyə çalışırlar.

Cari ilin avqust ayında D-Wave Systems şirkəti məhsuldarlığı 600 dəfə sürətli olan “D- Wave 2X” kvant kompüterlərini təqdim edib. Hazırda bu şirkət dünyada yeganə kvant kompüterlərini istehsal edən şirkətdir və əsas müştəriləri Google və NASA-dır.

 

 

www.wsj.com