Azərbaycanın Sənaye Portalı

Çinin Pekin şəhərində bu həftə keçirilmiş XIX Beynəlxalq Yüksək Texnologiyalar sərgisində nümayiş olunan avtobus konsepti gələcəyin ictimai nəqliyyat sisteminin əsası ola bilər.

Belə ki, “Shenzhen Huashi Future Parking Equipment” şirkəti tərəfindən təqdim olunan yüksək hündürlükdə və 6 metr enində olan avtobus yol kənarlarında bərkidilmiş xüsusi cığırlarla hərəkət edərək yoldakı maşınların üzərindən keçə bilir.

“Transit Elevated Bus” adlandırılan yeni konsept avtobus saatda 40 km sürətlə bir dəfəyə 1200 sərnişin daşıya bilirki, bu da əsas yollarda olan tıxacları 25-30%-ə qədər azalda biləcək. Belə bir avtobusun və onun 40 km-lik yolunun hazırlanmasına çəkilən xərc 7,4 mlrd.$ təşkil edir və bu məbləğ eyni uzunluqda olan metro xəttinin çəkilməsinə sərf olunan xərcdən 10 dəfə azdır.

Yeni nəqliyyat vasitəsi elektrik və ya günəş enerjisi ilə çalışacaq və bunun sayəsində illik 860 ton yanacağa qənaət olunaraq 2640 ton karbon emissiyasının qarşısı alınacaq.

 

www.archdaily.com