Azərbaycanın Sənaye Portalı

“Polaroid” şirkətinin yenicə təqdim etdiyi “Polaroid Snap” fotoaparatı çəkdiyi şəkli mürəkkəb istifadə etmədən anında çap edə bilir.

Fotoaparatın hazırlanmasında ZINK şirkətinin Zero Ink çapetmə texnologiyasından istifadə olunub. Belə ki, kamera çəkdiyi şəkli anında çap  etmək üçün mürəkkəbdən istifadə etmir. Bunun əvəzinə aparatın daxilinə qoruyucu polimer örtük altında qırmızı, mavi, sarı rəng kristallarından ibarət xüsusi çap kağızları yerləşdirilir, çap zamanı bu kristallar aktivləşərək tam rəngli şəkil yaranır.

Anında çap olunan şəkillər bir dəqiqə ərzində 5,1×7,6 sm ölçüsündə hazırlanır. 10 meqapikselli şəkillərin sonradan daha böyük ölçüdə çıxarılmasını təmin etmək üçün fotoaparat 32 GB ölçüsündə yaddaş kartı ilə təchiz olunub.

“Polaroid Snap” kamerasının 2015-ci ilin sonunda satışa çıxarılacağı gözlənilir. Fotoaparatın qiyməti 100 $, ZINK çap kağızlarının 50 ədədlik paketinin qiyməti isə 25 $ məbləğində müəyyənləşdiriləcək.

 

www.mashable.com