Azərbaycanın Sənaye Portalı

Niderlandın tikinti şirkəti “VolkerWessels” təkrar plastikdən magistral yol salmaq planlarını açıqlayıb.

Şirkət rəhbəri Rolf Marsın fikrinə görə, asfalt örtüyü ilə müqayisədə belə yollar kəskin temperatur şəraitinə (-40 ºC və 80 ºC arası)  daha dözümlüdür və saxlanma xərcləri daha azdır. Eyni zamanda, belə yollar bir neçə həftəyə salına bilir və istismar müddəti ənənəvi yollara nisbətən üç dəfə çoxdur.

Plastik yollar hissə-hissə zavodda hazırlana bilir və yüngül olduğundan rahat şəkildə nəql oluna bilir ki, bu da uzunmüddətli yol çəkilişinin səbəb olduğu gərginliyi azaldır. Həmçinin, bu cür yolların altında boşluğun olması kabel və kommunal boru kəmərlərinin çəkilişini asanlaşdırır.

“Biz plastik yolların salınmasına çox müsbət yanaşırıq. Rotterdam təcrübələrə və innovativ nailiyyətlərin praktikada tətbiqinə həmişə açıq olub. Bizim bu kimi innovasiyaları test etmək üçün xüsusi ərazimiz var” deyə şəhər bələdiyyəsinin mühəndisi Jaap Peters bildirmişdir.

 

www.theguardian.com