Azərbaycanın Sənaye Portalı

Nəhəng kompüter istehsalçıları Microsoft, Intel, Hewlett-Packard, Dell və Lenovo istehlakçıların fərdi kompüterlərə (PC) marağını artırmaq üçün marketinq fəaliyyəti üzrə əməkdaşlığa başlayıblar.

Şirkətlər 4-5 illik köhnə kompüterləri olan müştəriləri hədəfləyərək 19 oktyabr tarixindən “PC Does What?” adlı  birgə reklam kampaniyasına başlamağı planlaşdırır.  Reklam kampaniyası ilkin olaraq PC bazarının 50 %-ni əhatə edən ABŞ və Çində keçiriləcək və istehlakçıları öz kompüterlərini yeniləməyə inandırmağa yönələcək. Reklam kampaniyasında “Windows 10” əməliyyat sistemi ilə işləyən fərdi komputerin üstünlükləri, müasir kompüterlərin həyatı asanlaşdıran fərqli özəllikləri təşviq olunacaq.

Hesablamalara görə, 2016-cı ildə fərdi kompüter satışının daha 8% enəcəyi proqnozlaşdırılır və bu səbəbdən şirkətlər vəziyyətin 2017-ci ildən etibarən yaxşılaşacağını gözləyirlər.

 

www.theverge.com