Azərbaycanın Sənaye Portalı

Rusiyanın "Alfa-Bank" bankı "MasterCard" ilə birgə "PayPass" texnologiyası ilə işləyən və daxilində debet bank kartı quraşdırılmış qol saatları buraxmağa başlayıb. Ağ və qara rəngdə olan yeni "AlfaPay" saatları Avstriyanın "watch2pay" şirkəti tərəfindən yaradılıb.

"AlfaPay" saatları ilə "PayPass" texnologiyasını dəstəkləyən terminallarda ödəniş etmək mümkün olacaq. Eyni zamanda, bu saatlar vasitəsilə dünyanın 68 ölkəsində ödəniş etmək olar. Bankdan verilən məlumata görə, 1000 rubla qədər olan alış-verişlər üçün pin-kodla təsdiqetmə tələb edilməyəcək. Saatın qiyməti 5 min rubldur.

 

www.azertag.az