Azərbaycanın Sənaye Portalı

Lenovo şirkəti dünyanın ilk lazer proyektorlu smartfonunu təqdim edib. Smartfon istifadəçilərə istənilən səthi virtual ekrana və ya klaviaturaya çevirmək imkanı verir.

Çində keçirilən Dünya Texnologiya Konfransında (Tech World Conference) təqdim edilən  “Lenovo Smart Cast” smartfonunun lazerli proyektoru sensor ekranı stolun səthinə köçürərək virtual klaviaturadan istifadəyə şərait yaradır. Belə texnologiya həm də əyləncə üçün, məsələn virtual piano çalmaq və ya Fruit Ninja kimi oyunlar üçün istifadə oluna bilər.

Dünyada fərdi kompüterlərin ən böyük istehsalçısı olan “Lenovo” öz fəaliyyəti barədə insanlarda yaranan təəssüratı dəyişməyə çalışır. Belə ki, 2014-cü ildə şirkət Motorola smartfonlarının istehsalı biznesini “Google”dan alaraq, öz mobil biznesi ilə birlikdə dünanın üçüncü ən böyük smartfon istehsalçısına çevrildi.

Smart Cast smartfonu ilə bərabər şirkət  dünyanın ilk əlavə ekranlı smartsaatını - “Magic View”- təqdim edib. Ağıllı saat əsas yumru ekranın altında əlavə virtual ekrana malikdirki, bu da saatın imkanlarını genişləndirir.

 

www.ibtimes.co.uk